Minimal qiymətlərlə həyata baxış, Polşada istifadə edə biləcəyiniz marketlər, banklar.

Son zamanlar bir çox azərbaycanlı tələbə və işçilərin üz tutduğu ölkələrin başında Polşa gəlir. Bu yazıda Polşadakı həyatınıza başlayarkən istifadə edə biləcəyiniz məlumatları bölüşəcəm. Məqalə marketləri, bankları, restoranları və.s əhatə edir.

Marketlər
Gündəlik və Supermarket olaraq iki əsas tipə bölünür marketlər. Gündəlik marketlər Polşada hər şəhərdə demək olar bütün küçələrə yayılmış ekspress marketlərdir. Məhsul çeşidi az, qiymətləri bahadır. Adının gündəlik olmasına baxmayaraq, daha çox supermarketlərdən unutduğumuz məhsulları buralardan almaq ilk başlarda sizə büdcənizə qənaət etməyə kömək edəcək.
Pərakəndə marketlərə aşağıdakı market zəncirləri aiddir:
-Zabka
-Carrefour
-Spar
-Delikatesy


Supermarketlər isə şəhər mərkəzində daha az rast gəlinən, daha çox alış veriş mərkəzlərində yerləşən yerlərdir. Məhsul çeşidi çox, qiymətləri ucuzdur. Şəhər kənarında olsa da çoxu qənaət etdiyiniz büdcə ilə taksi sifariş verərək aldığınız məhsulları daşıya bilərsiniz. Meyvə-tərəvəz daxil ev əşyaları, geyimlər bu marketlərdə öz yerini alır.
Supermarketlərə aşağıdakı market zənciləri aiddir:
-AUCHAN
-KAUFLAND
-LIDL
-BIEDRONKA

Banklar
Polşada bir çox yerli bank yeni köçdüyünüz halda sizə hesab açmağa imkan vermir. Hesab açmaq üçünsə sizdən müvəqqəti yaşayış icazəsi və PESEL istəyirlər (PESEL isə növbəti yazımda necə almaq lazım olduğunu izah edəcəm). Bu halda köməyimizə “Bank Polski” çatır. Sadəcə pasportunuzla bu bankda Avro, Dollar və Zlot hesabı aça bilərsiniz. Bir çox şəhərdə, bir çox filialı olan bankda Avro və Dollar vəsaitlərini mədaxil etdikdə 0.5% komissiya tuturlar.

Revolut bank isə bizə digital bir bankın verə biləcəyi bütün imkanları təqdim edir. Komissiyasız transfer, vitrual kartlar, komissiyasız və real məzənnəyə yaxın valyuta dəyişmək hamısı sadəcə bir tətbiqdədir. QEydiyyat üçün aktiv Polşa vizası və pasportunuz kifayət edəcək.

Bu bank hesablarını açmazdan əvvəl isə üstdə danışdığımız gündəlik marketlərin birinə girib özünüzə mobil sim kart almağınız sizə zamanda qənaət etdirəcək. “Orange” nömrə alıb, “Flex” tətbiqini yüklədikdə sizə optimal paketləri təqdim edəcək. Üstəlik tələbəsinizsə əlavə internet paketlərini yoxlamağı unutmayın. Bu nömrələrin qiyməti 5 zlotdan başlayır və taxan kimi aktiv internet və zəng təqdim edir.

Məqalələrin davamını oxumaq üçün səhifəmizi izləyə bilərsiniz.
Instagram
Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *